Zəngilan Beynəlxalq Hava Limanı Qarabağın inkişaf dastanının yazılmasının bir göstəricisidir
28.10.2022 [11:57]
Reallıqdır ki, bu gün Azərbaycan Mərkəzi Asiya ölkələrinin Avropa ilə əlaqələrində əsas rol oynamaqdadır. Belə ki, yeni nəqliyyat infrastruktur layihələrinin yaradılması, onların qəbuledici və ötürücülük qabiliyyətinin artırılması məhz əsas tələb olunan şərtlərdən sayılır. Eyni zamanda da təkcə yerüstü nəqliyyat infrastrukturu deyil, həmçinin hava nəqliyyatına da böyük ehtiyac duyulur.
44 günlük Vətən müharibəsindəki Zəfərdən sonra azad edilmiş ərazilərdə infrastrukturun bərpası və qurulması istiqamətində genişmiqyaslı işlər artıq başlayıb və demək olar ki, uğurla davam edir.
Cənab Prezident İlham Əliyev də məhz azad olunan torpaqlarımıza yenidən həyatı qaytarmaq istiqamətində böyük strateji infrastruktur layihələrinin həyata keçirilməsinə xüsusi diqqət yetirir. Çünki azad edilmiş ərazilərdə aparılan bərpa işləri ölkənin inkişaf strategiyasına uyğundur. Eyni zamanda da azad edilmiş torpaqlarda nəqliyyat və enerji infrastrukturuna qoyulan investisiyalar bütövlükdə ölkənin iqtisadi yüksəlişi üçün də imkanlar yaradır. Bu baxımdan strateji əhəmiyyətə malik avtomobil və dəmir yollarının keçəcəyi Zəngilanda tikilən beynəlxalq hava limanı regionun inkişafında böyük əhəmiyyətə malikdir. Sevindirici haldır ki, təməli 2021-ci ildə qoyulan Zəngilan Beynəlxalq Hava Limanının açılışı oktyabr ayının 20-də baş tutdu.
Şərq-Qərb nəqliyyat dəhlizinə birləşəcək beynəlxalq statuslu Zəngilan hava limanı nəinki rayonun, eyni zamanda bütün regionun beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevrilməsində əhəmiyyətli rol oynayacaq. Zəngilanın turizm potensialı yüksək olduğundan bu hava limanının tikilməsi yerli və beynəlxalq uçuşlar baxımından əhəmiyətlidir. Həmçinin bu hava limanı Zəngəzur nəqliyyat dəhlizinin mühüm tərkib hissəsidir. Azərbaycanın qərb bölgəsini Naxçıvan və Türkiyə ilə birləşdirəcək bu hava limanı, regional və beynəlxalq hava limanları sistemi ilə əlaqələnir.
Yeri gəlmişkən onu qeyd etmək lazımdır ki, bu hava limanı tam müasir dünya tələblərinə cavab verən standartlara uyğun tikilmişdir ki, asfalt-beton örtüklü uçuş-enmə zolağının uzunluğu 3 min metr, eni isə 60 metr təşkil edir. Həm də bu hava limanı bütün növ təyyarələri, o cümlədən genişgövdəli ağır yük təyyarələrini qəbul etmə gücündədir. Saatda 200 sərnişinə xidmət göstərmək imkanına malik olması ilə terminal daxilində VIP-zal, kafe, tibb məntəqəsi və ofis otaqları da mövcuddur.
Uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün müasir aeronaviqasiya dəstək sistemləri tətbiq edilib ki, bu sistemlər də ICAO və Eurocontrol-un beynəlxalq aviasiya kataloqlarında qeydiyyatdan keçib.
O cümlədən, Hava Limanı ərazisində yardımçı binalar, transformator binası, qazanxana və su çənləri də inşa edilib. Uzunluğu təxminən 10 kilometr olan 35 kilovoltluq ikidövrəli elektrik kabel xətti çəkilib istifadəyə verilmişdir.
Ümumilikdə deyə bilərik ki, Zəngilan Beynəlxalq Hava Limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas obyektlərdəndir.
Sevindiric haldır ki, 44 gün ərzində düşmən tapdağından azad edilən ərazilər bugün Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qısa müddətdə beynəlxalq aləmə inteqrasiya olunmuş mərkəzlərə çevrilməkdədir. Artıq əzəli ata-baba torpaqlarımızı ziyarət etmək istəyən həm həmvətənlərimiz, həm də xarici ölkələrin vətəndaşları asanlıqla-hava nəqliyyatı ilə vasitəsilə də səfərlərini gerçəkləşdirə bilirlər.
Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
Dünya
09 İyun 19:51
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20
YAP xəbərləri
09 İyun 15:15
YAP xəbərləri
09 İyun 14:32
İqtisadiyyat
09 İyun 14:19
Elm
09 İyun 14:19
YAP xəbərləri
09 İyun 14:18
YAP xəbərləri
09 İyun 14:17
YAP xəbərləri
09 İyun 14:16
İqtisadiyyat
09 İyun 14:15
YAP xəbərləri
09 İyun 14:03
Dünya
09 İyun 13:17
İqtisadiyyat
09 İyun 12:53
Gündəm
09 İyun 12:20
İqtisadiyyat
09 İyun 12:16
Turizm
09 İyun 12:06
Siyasət
09 İyun 12:03
Siyasət
09 İyun 12:01
Siyasət
09 İyun 11:59
İqtisadiyyat
09 İyun 11:50
Sosial
09 İyun 11:35
Hadisə
09 İyun 11:35
İqtisadiyyat
09 İyun 11:25
Sosial
09 İyun 10:58
İqtisadiyyat
09 İyun 10:47
Siyasət
09 İyun 10:45
Siyasət
09 İyun 10:43
Sosial
09 İyun 10:33
Siyasət
09 İyun 10:18
İqtisadiyyat
09 İyun 09:55
Analitik
09 İyun 09:30
Analitik
09 İyun 09:17
Sosial
09 İyun 08:54
Sosial
09 İyun 08:32
Dünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17
Müsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31
Dünya
08 İyun 22:18
Elanlar
08 İyun 22:01
Dünya
08 İyun 21:50
Sosial
08 İyun 21:29
İqtisadiyyat
08 İyun 21:10
Dünya
08 İyun 20:42
Xəbər lenti
08 İyun 20:39
İdman
08 İyun 20:35
Dünya
08 İyun 20:17

