Şanlı Zəfərin banisi Müzəffər Ali Baş Komandan və müdrik Azərbaycan xalqıdır
08.11.2022 [09:27]
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov
Tarixdə bitməyən müharibə anlayışı yoxdur. Bütün münaqişələr sonda sülh müqaviləsi ilə sonlanmağa məhkumdur. Müharibələri bir çox halda mənasız, məntiqsiz və lazımsız hesab etmək olar. Lakin başqa yol yoxdursa və mövzu bir millətin, bir xalqın şərəfindən, namusundan, sabahından gedirsə, o halda müharibələr əhəmiyyətli bir faktora çevrilir. Dünya bilir ki, müdrik xalqımız və Müzəffər Ali Baş Komandanımız heç vaxt müharibə olmasını, insanların ölməsini istəməmişdir. Hətta uzun illər boyu sülh danışıqlarına razılıq vermiş vəsəbrlə gözləmişdir. Lakin sülh və sülhün imitasiyası fərqli anlayışlardır. Nə zaman ki, Azərbaycan anladı ki, bu danışıqlar sülh deyil, onun yamsılamasıdır, onda öz xalqının gələcəyi naminə savaşa başladı.
Bu gün Vətən Müharibəsində əldə olunmuş qələbənin ikinci ildönümünü qeyd edirik. Bununla belə hələ də Müzəffər Ali Baş Komandan və Azərbaycan xalqı mübarizəni dayandırmayıb. Ötən iki il ərzində hər birimiz müharibənin nəticələrinin tanıdılması istiqamətində var gücümüzlə çalışmışıq. Müharibədən sonra ikinci ili qeyd etdiyimiz bu günlərdə dünyanın eləbir ölkəsi yoxdur ki, o, yeni reallıqları qəbul etməsin. Hətta məğlub Ermənistanın siyasi və hərbi elitası beləhesab edir ki, Qarabağ Azərbaycandır!
Bu gün azad olunmuş torpaqlarda iki il ərzindəekspertlərin hesablamalarına görə çox böyük sayda işlər görülmüşdür. Elə layihələr, elə tədbirlər həyata keçirilib ki, azad olunmuş torpaqlarda heç vaxt bu qəbildən işlər tarix boyu icra olunmamışdır. Azad olunan torpaqlarda işğalçılar tərəfindən sözün əsil mənasında daş üstə daş qoyulmamışdır. Belə bir sual da meydana çıxır ki, əgər doğrudan da bu torpaqlar erməni iddialarında deyildiyi kimi erməni torpaqlarıdırsa, bəs nə üçün o torpaqların bərpasında maraqlı olmamışlar.
İşğaldan azad olunduqdan sonra o ərazilərdə həyata keçirilmiş barbarlığın miqyası da gözlər önünəsərilmişdi. Dünya birliyi isə həyata keçirilmiş mədəni vəetnik terrora qarşı bu gün də öz susqunluğunu saxlamaqdadır. Dərindən təhlil etdiyimiz zaman Ermənistanın işğalçı siyasətinin əsasında və arxasında dünya birliyinin “lal, kar, kor” kimi davranması göz qabağındadır.
Doğrudur, müasir dövrdə ordular aktiv müharibələr həyata keçirməkdən daha çox müharibə ehtimalını nəzərə alaraq savaşların qarşısını almaq üçündür. Lakin Azərbaycan 44 günlük Vətən Müharibəsində sübut etmişdir ki, aktiv müharibə aparmaq qüdrətindədir. 5-ci nəsil silahlarla, müasir tələblərə uyğun, milyard dollarlıq silahaların Azərbaycan ordusunun döyüş qabiliyyəti qarşısında necə hecə döndüyünü bütün dünya gördü. Əlbəttə, qürurverici haldır ki, bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Ən müasir təchizat bizdədir. Lakin əsas amil bu deyildir. Azərbaycan ordusunun ən böyük “silahı” vətən sevgisi, yurd həsrəti və damarlarında dolaşan o məğrur, məğlubedilməz qandır. Bizim qəhrəman ordumuzu Şuşanın sıldırım qayalarına yüngül silahlarla qaldıran da məhz bu ali ruh və məğrur soykökümüzdür.
Şuşada və azad olunmuş torpaqlarda olan hər bir azərbaycanlı əldə olunmuş qələbənin miqyasının böyüklüyünü anlamaqdadır. Dünya hərb akademiyalarında tədris olunan kitablarda qəhrəmanlıq dastanı kimi mövzu olan Azərbaycan ordusunun misilsiz döyüş qabiliyyətinin əsasında xalqımızın qəhrəman ruhu dayanır.
Azərbaycan müharibədən sonra bir dəqiqə belə vaxt itirməmişdir. İçimizdəki xainləri hesaba qatmasaq, hər bir Azərbaycan vətəndaşı öz rəhbərinin ətrafında yumruq kimi birləşməyə davam etmişdir. Hərbi Qənimətlər Parkı, yaradılmış beyin mərkəzləri, iştirak edilmiş konfranslar və verilmiş müsahibələrin hamısı müharibənin nəticələrinin tanıdılmasına xidmət edən amillərdir. İndi artıq Azərbaycanın təklif etdiyi əsas prinsiplər ətrafında sülh sazişi imzalanmaq üzrədir. Çünki şəhidlərimizin qanı bahasına qazanılmış Zəfər ölkə başçısı tərəfindən yüksək qiymətləndirilmiş və onun möhkəmləndirilməsi istiqamətində böyük işlər görülmüşdür. Bu gün Ermənistanı dəstəkləyənlər, neytral mövqeyə malik olan aktorlar belə bizi və haqlı mövqeyimizi dəstəkləyirlər.
Əldə olunan Şanlı Zəfərin əsasında birmənalı olaraq cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yorulmaz fəaliyyəti dayanır. Onun qəhrəman oğullarımıza, şəhid ailələrinə, qazilərə, müharibəveteranlarına qarşı doğma münasibəti sadəcəAzərbaycan vətəndaşları üçün deyil, digər dövlətlərin rəhbərləri üçün də etalon hesab oluna bilər. Həyata keçirilən sosial-humanitar siyasətin əsasında canını vəsağlamlığını Vətənə qurban vermiş qəhrəmanlar dayanır. Bu amil isə gələcək nəsillər üçün örnək və stimuldur.
Başda Müzəffər Ali Baş Komandan olmaqla müdrik xalqımızı və rəşadətli ordumuzu təbrik edir, daha şanlı qələbələr arzu edirəm!
Xəbər lenti
Hamısına baxDünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
Dünya
09 İyun 19:51
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20
YAP xəbərləri
09 İyun 15:15
YAP xəbərləri
09 İyun 14:32
İqtisadiyyat
09 İyun 14:19
Elm
09 İyun 14:19
YAP xəbərləri
09 İyun 14:18
YAP xəbərləri
09 İyun 14:17
YAP xəbərləri
09 İyun 14:16
İqtisadiyyat
09 İyun 14:15
Dünya
09 İyun 13:17
İqtisadiyyat
09 İyun 12:53
Gündəm
09 İyun 12:20
İqtisadiyyat
09 İyun 12:16
Turizm
09 İyun 12:06
Siyasət
09 İyun 12:03
Siyasət
09 İyun 12:01
Siyasət
09 İyun 11:59
İqtisadiyyat
09 İyun 11:50
Sosial
09 İyun 11:35
Hadisə
09 İyun 11:35
İqtisadiyyat
09 İyun 11:25
Sosial
09 İyun 10:58
İqtisadiyyat
09 İyun 10:47
Siyasət
09 İyun 10:45
Siyasət
09 İyun 10:43
Sosial
09 İyun 10:33
Siyasət
09 İyun 10:18
İqtisadiyyat
09 İyun 09:55
Analitik
09 İyun 09:30
Analitik
09 İyun 09:17
Sosial
09 İyun 08:54
Sosial
09 İyun 08:32
Dünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17
Müsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31
Dünya
08 İyun 22:18
Elanlar
08 İyun 22:01
Dünya
08 İyun 21:50
Sosial
08 İyun 21:29
İqtisadiyyat
08 İyun 21:10
Dünya
08 İyun 20:42
Xəbər lenti
08 İyun 20:39
İdman
08 İyun 20:35
Dünya
08 İyun 20:17
YAP xəbərləri
08 İyun 20:02

