Düşmənin vəhşicəsinə dağıtdığı Laçın sürətlə bərpa edilir
29.11.2022 [15:19]
Ramil Orucov,
YAP Gəncə şəhər təşkilatının sədri
44 günlük Vətən müharibəsində Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin komandanlığı altında rəşadətli ordumuz düşməni məğlubiyyətə uğradaraq kapitulyasiyaya imza atmağa məcbur etdi. Haqq savaşına qalxan Azərbaycan xalqının Müzəffər Komandanının mükəmməl hərbi taktikası sayəsində düşmənin mina tarlasına çevirdiyi Ağdam, həmçinin çətin coğrafi relyef və iqlimə malik Kəlbəcər və Laçın heç bir itki vermədən, güllə atılmadan azadlığına qovuşdu. İllərlə düşmən işğalında qalan torpaqlarımızın azad edilməsi möhtəşəm zəfərin nişanəsi, ölkə Prezidentinin dahi siyasətinin nəticəsi idi.
44 günlük Vətən müharibəsi bitdikdən dərhal sonra qalib Azərbaycan dövləti vandal düşmənin vəhşicəsinə dağıtdığı yurdlarımızı sürətlə dirçəltməyə başladı. Prezident cənab İlham Əliyevin göstərişi ilə bu gün işğaldan azad olunmuş digər rayonlar kimi erməni faşizminin xarabalığa çevirdiyi Laçın da bərpa olunur, cənnətə çevrilir.
Qalib Prezidentimiz işğaldan azad edilən Laçında Azərbaycanın üçrəngli bayrağını qürurla dalğalandırdı və bir daha dünyaya bəyan etdi ki, bu torpaqların əzəli sahibləri qayıdıblar: "Bu, tarixi hadisədir. Laçın şəhərinin azad edilməsi həmişə tarixdə qalacaq. Bu gün Laçın şəhərində, şəhərin mərkəzində, mərkəzi küçədə Azərbaycan Bayrağını qaldırmışam. Bu bayraq burada əbədi dalğalanacaqdır".
Digər işğaldan azad edilən rayonların sakinləri kimi Laçınlıların da öz yurd-yuvalarına qayıtması üçün böyük layihələr həyata keçirilir. Şərqi Zəngəzur iqtisadi bölgəsində yerləşən Laçında yollar çəkilir, tunellər salınır, elektrik stansiyaları quraşdırılır. “Qorçu” elektrik yarımstansiyasında görülən işlər, Laçın Beynəlxalq Hava Limanında aparılan tikinti işləri, uzunluğu 72,8 km olan Kəlbəcər-Laçın avtomobil yolunda yeni inşa edilən tunel və “Həkəriçay” su anbarı layihəsi, rayon ərazində aparılan tikinti-bərpa işləri isə onu göstərir ki, artıq Laçınlıların birinci qrupu öz doğma yurdlarına gələn ilin sonuna qədər qayıda bilərlər.
"İndi isə vaxt gəlib çatıb ki, biz Laçın şəhərini bərpa edək" deyə çıxışında vurğulayan Prezident İlham Əliyev Laçın rayonunun işğaldan azad olunmuş Zabux və Sus kəndlərinin layihələndirilməsi və tikintisi işləri ilə bağlı tədbirlər haqqında sərəncam da imzalayıb. Bu məqsədlə 2022-ci il dövlət büdcəsindən ilkin olaraq 800 min manat ayrılıb. Onu da qeyd edək ki, Laçın rayonunda heyvandarlığın inkişafı üçün böyük imkanlar vardır.
Prezident cənab İlham Əliyev dəfələrlə qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdəki doğma kənd və şəhərlərinə qayıdan insanlar üçün ən yaxşı həyat şəraiti yaradılacaq. Çünki bu insanlar uzun illər məcburi köçkün həyatı yaşayaraq çətinliklərə dözmüş, yurd həsrəti çəkmişlər.
Bəli, Azərbaycan xalqı əzmi, gücü, qətiyyəti sayəsində cəmi 44 günə işğal altında qalan tarixi torpaqlarını azad etdiyi kimi, indi də eyni qüdrəti nümayiş etdirərək, həmin yurdlara yenidən həyatı qaytarır. Hər ötən gün dədə-baba yurdundan didərgin düşən yüz minlərlə soydaşımışı doğma ocağına daha da yaxınlaşdırır.
Xəbər lenti
Hamısına baxDünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
Dünya
09 İyun 19:51
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20
YAP xəbərləri
09 İyun 15:15
YAP xəbərləri
09 İyun 14:32
İqtisadiyyat
09 İyun 14:19
Elm
09 İyun 14:19
YAP xəbərləri
09 İyun 14:18
YAP xəbərləri
09 İyun 14:17
YAP xəbərləri
09 İyun 14:16
İqtisadiyyat
09 İyun 14:15
Dünya
09 İyun 13:17
İqtisadiyyat
09 İyun 12:53
Gündəm
09 İyun 12:20
İqtisadiyyat
09 İyun 12:16
Turizm
09 İyun 12:06
Siyasət
09 İyun 12:03
Siyasət
09 İyun 12:01
Siyasət
09 İyun 11:59
İqtisadiyyat
09 İyun 11:50
Sosial
09 İyun 11:35
Hadisə
09 İyun 11:35
İqtisadiyyat
09 İyun 11:25
Sosial
09 İyun 10:58
İqtisadiyyat
09 İyun 10:47
Siyasət
09 İyun 10:45
Siyasət
09 İyun 10:43
Sosial
09 İyun 10:33
Siyasət
09 İyun 10:18
İqtisadiyyat
09 İyun 09:55
Analitik
09 İyun 09:30
Analitik
09 İyun 09:17
Sosial
09 İyun 08:54
Sosial
09 İyun 08:32
Dünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17
Müsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31
Dünya
08 İyun 22:18
Elanlar
08 İyun 22:01
Dünya
08 İyun 21:50
Sosial
08 İyun 21:29
İqtisadiyyat
08 İyun 21:10
Dünya
08 İyun 20:42
Xəbər lenti
08 İyun 20:39
İdman
08 İyun 20:35
Dünya
08 İyun 20:17
YAP xəbərləri
08 İyun 20:02

