Dünyaya sülh və ədalət mesajı
20.12.2022 [11:37]
Ölkəmizdə sülhməramlıların müvəqqəti məskunlaşdıqları ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına son qoyulması ilə əlaqədar ekoloqlar, jurnalistlər, ictimaiyyət nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri Şuşa-Laçın yolunda etiraz aksiyalarını əzmlə davam etdirirlər. Əsas tələb faydalı qazıntı yataqlarında müvafiq dövlət qurumlarının monitorinq aparmasıdır. Çünki həm işğal, həm də postmünaqişə dövründə ermənilər tərəfindən ərazilərimizdə təbii sərvətlərimizin qanunsuz istismarı həyata keçirilib və bu gün də keçirilir.
Etiraz aksiyası beynəlxalq hüquq normalarına uyğundur. Aksiya Azərbaycan ictimaiyyətinin haqlı narazılığının göstəricisidir və vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmətlə yanaşılmalıdır.
Ermənistan yenə də xislətinə uyğun olaraq əsassız bəyanatları ilə beynəlxalq rəyi çaşdırmağa, Azərbaycanı günahkar tərəf kimi təqdim etməyə çalışır. Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatında iddia edilir ki, Azərbaycan guya üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərini pozaraq, Laçın yolunu bağlayıb. Halbuki əsl reallıq dünyanın gözü qarşısındadır. Reallıq ondan ibarətdir ki, bu yol azərbaycanlı etirazçılar tərəfindən deyil, Azərbaycan ərazilərində müvəqqəti yerləşmiş Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanıb. Rəsmi İrəvanın iddiaları əsassızdır. Ermənistan tərəfinin Laçın yolunun bağlanması, bölgədə humanitar fəlakət yaşanması, etnik təmizlənmə həyata keçirilməsi barədə iddiaları böhtandır və həqiqəti əks etdirmir.
Etiraz aksiyası iştirakçılarının əsas tələbləri Ermənistan tərəfindən Laçın-Xankəndi yolundan hərbi məqsədlər, minaların və talan olunan təbii sərvətlərin daşınması məqsədilə istifadə edilməsinin qarşısının alınmasıdır. Kriminal iş adamı Ruben Vardanyan tərəfindən Azərbaycanın təbii sərvətlərinin talan etməsi və ətraf mühitə ciddi ziyan vurulması yolverilməzdir.
İşğalçı dövlətin Azərbaycan əraziləri daxilində baş verən hadisələrə verdiyi şərhlər Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının hələ də davam etdiyinin göstəricisidir. Bu cür bəyanatlar Ermənistan baş nazirinin Praqa və Soçidə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsi üzrə bir daha qəbul etdiyi öhdəliklərə ziddir.
Ermənistan öz qeyri-qanuni iqtisadi fəaliyyəti ilə beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozur. Bu cür cinayətlər Ermənistan üçün hüquqi məsuliyyət yaradır. Əlvan metalların qeyri-qanuni hasilatını aparan şirkətlərə qarşı Azərbaycan hökuməti tərəfindən hüquqi tədbirlər görülür. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Ermənistanın ekoloji terror siyasəti nəticəsində Azərbaycan ərazisindən keçən Araz çayına axan Oxçuçayda suyun tərkibindəki ağır metalların miqdarı dəfələrlə normadan artıqdır.
ATƏT, BMT-nin İnkişaf Proqramı (UNDP), Ətraf Mühit Proqramı (UNEP), Avropa Şurası Parlament Assambleyası (PACE) tərəfindən qəbul olunmuş hesabatlarda və qətnamələrdə işğal dövründə ərazilərimizdə həyata keçirilmiş qeyri-qanuni iqtisadi fəaliyyət və təbii sərvətlərin qanunsuz istismarı faktları qeydə alınıb.
Ermənistan beynəlxalq hüquq normalarını kobud şəkildə pozur, Azərbaycan, Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladıqları 10 noyabr 2020-ci il tarixli bəyanatın müddəalarını yerinə yetirmir. Bəyanatın 4-cü bəndinə zidd olaraq erməni silahlı qüvvələri hələ də Azərbaycan ərazilərindən çıxarılmayıb, 6-cı bəndinə zidd olaraq Laçın yolundan həm hərbi təxribatlar, həm də qeyri - qanuni iqtisadi fəaliyyət üçün istifadə olunur, 9-cu bəndinə zidd olaraq bölgədə bütün nəqliyyat kommunikasiya yollarının açılmasına maneçilik törədilir. Mənfur düşmən bu kimi əməllərindən diqqəti yayındırmaq üçün Azərbaycan tərəfini guya üçtərəfli Bəyanatdan irəli gələn öhdəlikləri yerinə yetirməməkdə günahlandırması, əksər dünya güclərinin ədaləti və beynəlxalq hüququ maraqlarının arxasında gizlədərək Ermənistana dəstək missiyasını yerinə yetirməsindən irəli gəlir. Şuşa - Laçın yolunda keçirilən etiraz aksiyası xalqımızın dünyaya sülh, ədalət mesajıdır.
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
06 Fevral 23:05

Xəbər lenti
06 Fevral 21:55

Xəbər lenti
06 Fevral 21:38

Xəbər lenti
06 Fevral 21:35

Siyasət
06 Fevral 21:22

Xəbər lenti
06 Fevral 20:01

Xəbər lenti
06 Fevral 19:22

Xəbər lenti
06 Fevral 17:30

Xəbər lenti
06 Fevral 17:10

Xəbər lenti
06 Fevral 16:48

Xəbər lenti
06 Fevral 16:39

Xəbər lenti
06 Fevral 16:26

Xəbər lenti
06 Fevral 15:57
.jpg&width=120)
Xəbər lenti
06 Fevral 15:55

Xəbər lenti
06 Fevral 15:36

Xəbər lenti
06 Fevral 15:34

Xəbər lenti
06 Fevral 15:30

Xəbər lenti
06 Fevral 15:18

Gündəm
06 Fevral 14:56

Dünya
06 Fevral 14:53

Xəbər lenti
06 Fevral 14:52

Xəbər lenti
06 Fevral 14:41

Xəbər lenti
06 Fevral 14:38

Xəbər lenti
06 Fevral 14:29

Xəbər lenti
06 Fevral 13:57

Xəbər lenti
06 Fevral 13:34

Xəbər lenti
06 Fevral 13:27

Xəbər lenti
06 Fevral 13:20

Xəbər lenti
06 Fevral 13:12

Xəbər lenti
06 Fevral 13:03

Xəbər lenti
06 Fevral 13:01

Siyasət
06 Fevral 13:00

Siyasət
06 Fevral 12:49

Xəbər lenti
06 Fevral 12:43

Xəbər lenti
06 Fevral 12:40

İqtisadiyyat
06 Fevral 12:39

Xəbər lenti
06 Fevral 12:36

Gündəm
06 Fevral 12:02

Xəbər lenti
06 Fevral 11:38

Xəbər lenti
06 Fevral 11:24

Xəbər lenti
06 Fevral 11:12

Xəbər lenti
06 Fevral 11:10

Xəbər lenti
06 Fevral 11:09

Xəbər lenti
06 Fevral 11:04

Xəbər lenti
06 Fevral 11:01

Xəbər lenti
06 Fevral 10:49

Xəbər lenti
06 Fevral 10:34

Xəbər lenti
06 Fevral 10:31

Xəbər lenti
06 Fevral 10:29

Xəbər lenti
06 Fevral 10:27

Siyasət
06 Fevral 10:08

Gündəm
06 Fevral 09:55

Siyasət
06 Fevral 09:52

Xəbər lenti
06 Fevral 09:43

Xəbər lenti
06 Fevral 09:40

Xəbər lenti
05 Fevral 22:33

Xəbər lenti
05 Fevral 21:57

Xəbər lenti
05 Fevral 18:00

Xəbər lenti
05 Fevral 17:37

Xəbər lenti
05 Fevral 14:28

Dünya
05 Fevral 13:49

Xəbər lenti
05 Fevral 13:09

Dünya
05 Fevral 13:00

Xəbər lenti
05 Fevral 12:53

Xəbər lenti
05 Fevral 12:16

Dünya
05 Fevral 11:38

Xəbər lenti
05 Fevral 11:00

Xəbər lenti
05 Fevral 10:43

Xəbər lenti
04 Fevral 17:55

Xəbər lenti
04 Fevral 16:07
