2023-cü ildə bizi çox yaxşı anlar gözləyir
13.01.2023 [20:30]
Dövlət başçısı İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində Azərbaycanın daxili və xarici siyasət uğurlarından, qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflərdən, qalib Azərbaycanın dəyişməz mövqeyindən geniş bəhs edərək böyük əminliklə bildirdi ki, 2023-cü ildə bizi çox yaxşı anlar gözləyir.
Təbii ki, bu əminlik üçün böyük əsaslar vardır. Azərbaycanın düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində davamlı uğurlarımız dünyanın diqqətindədir. Ölkəmizin iqtisadi, siyasi, humanitar, diplomatik mərkəz kimi tanınmasında da bu amilin rolu böyükdür. Azərbaycan, eyni zamanda, sabitlik, təhlükəsizlik məkanı kimi tanınır.
“Mən 2022-ci ilin yekunları ilə bağlı geniş danışsam, onda qalan suallara yer qalmayacaq. Hesab edirəm ki, ilk növbədə, bizim iqtisadi nailiyyətlərimiz haqqında demək lazımdır. Çünki bu, sıradan olan məsələ deyil” söyləyən Prezident İlham Əliyev bu mühüm məqamı xüsusi qeyd etdi ki, dünya postpandemiya dövrünə hələ təzə-təzə uyğunlaşır. Bir çox ölkələrdə, o cümlədən Azərbaycanda kəskin qiymət artımı müşahidə olunur. Azərbaycanın da iqtisadiyyatı dünya iqtisadiyyatının bir parçası olduğu üçün əfsuslar olsun ki, bu mənfi təsirə məruz qalıb: “Ancaq biz çalışırıq ki, dünya üçün bu böhranlı vəziyyəti xalqımız üçün sosial layihələrlə, sosial proqramlarla yüngülləşdirək. Bu yaxınlarda imzaladığım çox geniş sosial paket bir daha bunu göstərir. Yəni, müharibədən təzə çıxmış ölkə, özü də ərazisinin 20 faizi tamamilə dağılmış vəziyyətdə olan ölkə əgər sosial sahəyə bu qədər vəsait ayırırsa, deməli, bizim sosial siyasətimiz dəyişməz olaraq qalır və əlbəttə ki, bizim iqtisadi gücümüzü göstərir.”
Göründüyü kimi, dövlət başçısı iqtisadi amili öndə saxlayır. Hər bir ölkənin inkişafında iqtisadi tərəqqi əhəmiyyətli rol oynayır. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdi” tezisi bütün dövrlər üçün aktullığını qoruyur, dövlətimizin həyata keçirdiyi siyasətin əsasında dayanır. Cənab İlham Əliyevin son 19 ildə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atdığı addımlar beynəlxalq səviyyədə də təqdir edilir. Azərbaycan beynəlxalq maliyyə qurumlarının hesabatlarında ən islahatçı ölkə kimi qərarlaşıb. Bu gün böyük fəxr hissi ilə işğadan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərindən geniş bəhs ediriksə, bu, ölkəmizin iqtisadi imkanlarının göstəricisidir. Azərbaycan bütün işləri sıfırdan öz daxili imkanları hesabına həyata keçirir. Dövlət başçısı İlham Əliyev müsahibəsində bu ilin hədəfləri sırasında laçınlıların Laçın şəhərinə, Zabux və Sus kəndlərinə qayıdacağını qeyd etdi. Bu, qayıdış müjdələri harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını qürurlandırır. Cari ildə Böyük Qayıdışın daha da sürətləndirilməsi əsas hədəflər sırasındadır. Cənab İlham Əliyev Böyük Qayıdışla əlaqədar fəaliyyətin sistemli xarakter daşıdığını vurğuladı. Bu mühüm hadisə də xüsusi qeyd edildi ki, Azərbaycan Zəngəzur dəhlizinin reallaşması istiqamətində böyük əzm və qətiyyət nümayiş etdirir. Cənab İlham Əliyev bu çağırışı etdi: “Zəngəzur dəhlizinin reallaşması tarixi zərurətdir. Ona görə mən dedim ki, Ermənistan istəsə də, istəməsə də bu, reallaşacaq. Yəni, bunu Ermənistanda yenə növbəti təhdid kimi qəbul edirlər, halbuki belə fikrim yox idi. Sadəcə olaraq, bu, qaçılmazdır. Bu, gec-tez olacaq.”
Etibar Hacıyev
YAP Ağstafa rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
Dünya
09 İyun 19:51
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20
YAP xəbərləri
09 İyun 15:15
YAP xəbərləri
09 İyun 14:32
İqtisadiyyat
09 İyun 14:19
Elm
09 İyun 14:19
YAP xəbərləri
09 İyun 14:18
YAP xəbərləri
09 İyun 14:17
YAP xəbərləri
09 İyun 14:16
İqtisadiyyat
09 İyun 14:15
Dünya
09 İyun 13:17
İqtisadiyyat
09 İyun 12:53
Gündəm
09 İyun 12:20
İqtisadiyyat
09 İyun 12:16
Turizm
09 İyun 12:06
Siyasət
09 İyun 12:03
Siyasət
09 İyun 12:01
Siyasət
09 İyun 11:59
İqtisadiyyat
09 İyun 11:50
Sosial
09 İyun 11:35
Hadisə
09 İyun 11:35
İqtisadiyyat
09 İyun 11:25
Sosial
09 İyun 10:58
İqtisadiyyat
09 İyun 10:47
Siyasət
09 İyun 10:45
Siyasət
09 İyun 10:43
Sosial
09 İyun 10:33
Siyasət
09 İyun 10:18
İqtisadiyyat
09 İyun 09:55
Analitik
09 İyun 09:30
Analitik
09 İyun 09:17
Sosial
09 İyun 08:54
Sosial
09 İyun 08:32
Dünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17
Müsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31
Dünya
08 İyun 22:18
Elanlar
08 İyun 22:01
Dünya
08 İyun 21:50
Sosial
08 İyun 21:29
İqtisadiyyat
08 İyun 21:10
Dünya
08 İyun 20:42
Xəbər lenti
08 İyun 20:39
İdman
08 İyun 20:35
Dünya
08 İyun 20:17
YAP xəbərləri
08 İyun 20:02

