Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Ölkəmizdə demokratik təsisatların inkişafı istiqamətində atılan addımlar davamlıdır

Ölkəmizdə demokratik təsisatların inkişafı istiqamətində atılan addımlar davamlıdır

16.01.2023 [17:06]

“Siyasi partiyalar haqqında” yeni Qanunun qəbulu bir daha bu reallığı təsdiqlədi ki, demokratik təsisatların inkişafı, təkmilləşdirilməsi dövlət siyasətinin əsasını təşkil edir. Azərbaycanın demokratiya təcrübəsi beynəlxalq səviyyədə təqdir edilir. Çünki hər bir yeniliyin, təkmilləşmənin həyata keçirilməsində maraqlı olan dövlətimiz bu istəyi, amalı qəbul edilmiş Qanunlara əlavə və dəyişikliklərin edlməsində də gerçəkləşdirir.

Daim vurğulanır ki, Azərbaycan dövləti cəmiyyətin idarə olunmasına, ölkəmizin hərtərəfli inkişafına öz töhfələrini verən qanunları dəyişməz hesab etmir, zaman-zaman bu sənədlərə əlavə və dəyişikliklər edir. Günümüzün əsas mövzularından biri dövlət başçısı İlham Əliyevin yanvarın 11-də təsdiqlədiyi “Siyasi partiyalar haqqında” yeni Qanunun perspektivləridir. Yeni Qanun hansı yeniliklərə yol açacaq? 6 fəsildən, 30 maddədən ibarət olan bu Qanunun qəbulunu zəruri edən səbəblər məlumdur. Bu gün Azərbaycan müstəqilliyinin bərpasının 31 ilini arxada qoyub. Bu illər ərzində Azərbaycanın keçdiyi inkişaf yolunun xronologiyası təsdiqlyir ki, bugünkü Azərbaycanı müstəqilliyinin bərpasının ilk illəri ilə müqayisə etmək qeyri-mümkündür. Bu gün artıq tarixi Zəfəri ilə dünyaya səs salan qalib Azərbaycanın uğurlarından danışırıq. Zəfərimiz 30 ildən artıq dövrün təqdimatıdır. Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdışından sonra belə bir çağırışı etdi  ki, demokratiya bizim strateji kursumuzun əsas mahiyyətini təşkil edir. Biz bu yolla gedəcəyik, heç bir qüvvə bizi bu yoldan döndərə bilməz. Ölkəmizdə demokratik təsisatların inkişafı istiqamətində atılan addımlar davamlılığı ilə diqqət çəkdi. 1992-ci ildə qəbul olunan “Siyasi partiyalar haqqında” Qanun o dövrün reallıqlarını əks etdirirdi. Bu o dövr idi ki, Azərbaycan müstəqilliyini yenicə bərpa etmişdir. Ölkəyə rəhbərlik edən ünsürlərin səriştəsizliyi ucbatından Azərbaycan faciələrlə üz-üzə qalmışdır. Artıq o zamandan bizləri ayıran 30 ildən artıq vaxt bu reallığı ortaya qoyur ki, 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra bütün istiqamətlərdə, o cümlədən demokratiya sahəsində mühüm addımlar atıldı. Son 19 ildə Heydər Əliyev siyasətinin uğurlu davamı bu sahədə də özünü aydın şəkildə büruzə verir. Siyasi partiyaların normal fəaliyəti üçün bütün zəruri addımlar atılır. Ölkədə formalaşan yeni siyasi konfiqurasiya qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımların atılmasını zəruri etdi.  Bu baxımdan Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri “Siyasi partiyalar haqqında” yeni Qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət etdilər. “Siyasi partiyalar haqqında” Qanun layihəsinin hazırlanması zamanı 20-dən artıq ölkənin təcrübəsi nəzərdən keçirildi. Azərbaycan hər zaman dünya təcrübəsinin  tətbiqinə xüsusi maraq göstərir.  Həmçinin 47 siyasi partiya Milli Məclisə yazılı formada  250 təklif təqdim etmişdir. “Siyasi partiyalar haqqında” Qanun layihəsinin hazırlanması zamanı təmin edilən məqamlara gəldikdə isə Milli Məclisin tarixində ilk dəfə olaraq komitə iclasına  çıxarılmazdan əvvəl Qanun layihəsi Mili Məclisin saytında  rəy və təkliflərin bildirilməsi üçün yerləşdirildi. Sənədin ictimai əhəmiyyəti nəzərə alınaraq Qanun layihəsi ilə bağlı siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, politoloqların və media nümayəndələrinin iştirakı ilə 2 ictimai dinləmə keçirildi.  Qanun layihəsində dinləmələrdən sonra müsbətə doğru 70-dək, Milli Məclisdə komitə və plenar iclaslardan sonra müsbətə doğru 40-dək əlavə və dəyişiklik edildi. Venesiya Komissiyasının siyasi partiyanın statusuna və fəaliyyətinə aid olan 132 tövsiyəsindən 112-si Qanun layihəsində nəzərə alınıb. Yeni qanunda əksini tapan 30 maddənin hər biri özlüyündə siyasi partiyaların fəaliyyətinin təkmilləşdirilməsində öz sözünü deyəcək. 30 maddə ayrı-ayrılıqda siyasi partiyaların qarşısında müəyyən tələbləri qoyur. Təbii ki, qanunlardan irəli gələn vəzifələrin uğurlu icrası qalib Azərbaycanın dayanıqlı inkişafını stimullaşdırır.

Nihad Pənahov

YAP Tovuz rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 74 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28