Kuleba: Ukrayna Rusiya ilə danışıqlara hazırdır

Kuleba: Ukrayna Rusiya ilə danışıqlara hazırdır

Ukrayna tərəfi Rusiya ilə danışıqlara hazırdır.

RİA Novosti-nin xəbərinə görə, bunu Çinə səfəri zamanı Ukrayna xarici işlər naziri Dmitri Kuleba çinli həmkarı Van İ ilə görüşündə bildirib.

Onun sözlərinə görə, aparılacaq müzakirələr rasional və əməli nəticələrə malik olmalıdır.

Qeyd edək ki, ötən həftə Ukraynanın prezidenti Vladimir Zelenski də rəsmi Moskva ilə müzakirələrin mümkünlüyü barədə açıqlama verib.