Azərbaycanın çimərlik voleybolçuları beynəlxalq turnirə qatılacaqlar

Azərbaycanın çimərlik voleybolçuları beynəlxalq turnirə qatılacaqlar

Çimərlik voleybolu üzrə qadın və kişilərdən ibarət Azərbaycan yığma komandaları Türkiyədə keçiriləcək beynəlxalq turnirdə mübarizə aparacaqlar.

Azərbaycan Voleybol Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, reytinq xalları qazandıracaq yarış 11-16 avqust tarixlərində Türkiyənin Tekirdağ və Çatalca bölgələrində təşkil olunacaq.

Yarışda Azərbaycan bir qadın (Səbinə Əlizadə/Leyla Əliyeva) və bir kişi (İbrahim Məmmədov/Muhammad Aslanlı) komandası ilə təmsil olunacaq.