ABŞ dərinlik nasoslarının sayını artırıb

ABŞ dərinlik nasoslarının sayını artırıb

Bu həftə ABŞ-da dərinlik nasoslarının sayı 2 ədəd artıb.

AZƏRTAC Türkiyə mediasına istinadla xəbər verir ki, ölkədə dərinlik nasoslarının sayı əvvəlki həftə ilə müqayisədə 2 ədəd artaraq 481-ə çatıb.

Onu da qeyd edək ki, son bir ildə isə ABŞ-da dərinlik nasoslarının sayı 20 ədəd azalmışdı.

Ötən həftə ərzində neftin qiymətində müşahidə edilən artım ABŞ-ı bu addımı atmağa vadar etdiyi güman edilir.