ABŞ Fələstinin yeni hökumətinin qurulmasını dəstəkləyib

ABŞ  Fələstinin yeni hökumətinin qurulmasını dəstəkləyib

ABŞ yeni Fələstin hökumətinin qurulmasını dəstəkləyir. "Yeni Azərbaycan" xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin "X" - də dərc olunan bəyanatında deyilir.

 Bundan əlavə, Birləşmiş Ştatlar da yeni hökumətdən “etibarlı islahatlar” gözləyir, deyə Miller qeyd edib. 

Cümə axşamı, martın 28-də məlum olub ki, Fələstin prezidenti Mahmud Abbas Məhəmməd Mustafanın başçılıq etdiyi yeni hökuməti təsdiqləyib. O, bazar günü, martın 31-də and içəcək.

Havar Şəfiyeva