ABŞ Konqresi Baydenin sağlamlığı ilə maraqlanıb

ABŞ Konqresi Baydenin sağlamlığı ilə maraqlanıb

ABŞ Konqresinin Nümayəndələr Palatasının nəzarət komitəsi Co Baydenin psixi sağlamlığı ilə maraqlanıb, onun köməkçilərinə müvafiq çağırış vərəqələri göndərib. "Yeni Azərbaycan" xəbər verir ki, bu barədə "Axios" internet nəşri yüksək vəzifəli mənbələrə istinadən məlumat yayıb.

"Nümayəndələr Palatasının Nəzarət Komitəsi çərşənbə günü Ağ Evin üç yüksək vəzifəli köməkçisinə prezident Baydenin səhhəti ilə bağlı ifadə verməsini tələb edən çağırış vərəqələri göndərdi" - deyə portal qeyd edir.

Havar Şəfiyeva