ABŞ-nin aviazərbələri nəticəsində İranda azı 35 nəfər həlak olub

ABŞ-nin aviazərbələri nəticəsində İranda azı 35 nəfər həlak olub

ABŞ Hərbi Hava Qüvvələrinin İranın cənub bölgələrinə son sutka ərzində endirdiyi aviazərbələr nəticəsində azı 35 dinc sakin həlak olub.

AZƏRTAC xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin nümayəndəsi Hüseyn Kərmanpur məlumat verib.

Onun sözlərinə görə, yerli vaxtla saat 00:00-a olan məlumata əsasən, hava hücumları nəticəsində 35 mülki şəxs həyatını itirib.

Hüseyn Kərmanpur həlak olanların sayının artmasının istisna edilmədiyini bildirib.