Birləşmiş Ştatlar artıq Ukraynaya bir neçə yüzə qədər uzaqmənzilli Ordu Taktik Raket Sistemi idxal edib ki, onların əksəriyyəti hərbi hədəflərə hücum etmək üçün istifadə olunur.
"Yeni Azərbaycan" xəbər verir ki, bu barədə CNN Amerika administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.
"Ümumilikdə, bir neçə yüz" ATACMS" Kiyevə təhvil verilib və Ukrayna onların əksəriyyətindən artıq istifadə edib", - Amerika rəsmisi telekanala deyib.
Xatırladaq ki, bir müddət əvvəl ABŞ prezidenti Co Bayden Ukraynaya Rusiya ərazisinə uzaqmənzilli silahlarla zərbə endirmək icazəsi verilməsindən danışıb. O bildirib ki, bu məsələ ölkənin ən yüksək siyasi dairələrində fəal müzakirə olunur.
Havar Şəfiyeva