Almaniya Ukraynaya verilən Leopard tanklarının sayını açıqlayıb

Almaniya Ukraynaya verilən Leopard tanklarının sayını açıqlayıb

Almaniya Müdafiə Nazirliyinin  dövlət katibi Simtye Möller Ukraynaya ötürülən Leopard əsas döyüş tanklarının sayını hesablayıb. "BSW" partiyasından  Bundestaqın üzvü Əli Əl-Dailaminin müvafiq parlament sorğusuna cavab olaraq Möller bəyan edib ki, 55 Leopard 1 A5 sinifli tank və 18 "Leopard 2A6 sinif tankı Kiyevə təhvil verilib. "Yeni Azərbaycan" bu barədə Lenta.ru - ya istinadən xəbər verir. 

“Almaniya tərəfindən müstəqil və ya digər ölkələrlə əməkdaşlıq çərçivəsində Ukraynaya verilən “Leopard” tanklarının hazırkı tərkibi necədir və müvafiq təmir xərclərini kim ödəyir? - deyə Əl-Dailami əvvəl soruşub. 

“Ukraynanın hökuməti bu əsas döyüş tanklarının təmiri ilə bağlı xərclərin ödəniləcəyinə zəmanət verib”, - deyə Moeller cavabında bildirib.

Havar Şəfiyeva