Almaniyada hakim partiya Ukrayna üzrə sülh danışıqlarına başlamağı təklif edib

Almaniyada hakim partiya Ukrayna üzrə sülh danışıqlarına başlamağı təklif edib

Almaniya Sosial Demokrat Partiyasının Bundestaqdakı fraksiyasının rəhbəri Rolf Mützenich sülh danışıqlarına başlamaq üçün Ukrayna üzrə təmas qrupunun yaradılmasını təklif edib. "Yeni Azərbaycan" xəbər verir ki, siyasətçi bu barədə "Rheinische Post" qəzetinə müsahibəsində danışıb.

“Məncə, indi Qərb müttəfiqlərinin prosesi başlamaq üçün təmas qrupunun yaradılması təşəbbüsü ilə çıxış etmələrinin vaxtıdır”, - parlament fraksiyasının rəhbəri bildirib.

Qeyd olunur ki, siyasətçi münaqişənin həllində şəxsi rol oynamağa hazır olduğunu da vurğulayıb.


Havar Şəfiyeva