Almaniyada zəncirvari qəzada azı 19 nəfər xəsarət alıb

Almaniyada zəncirvari qəzada azı 19 nəfər xəsarət alıb

Almaniyanın Essen şəhəri yaxınlığında magistralda 26 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, hadisə nəticəsində azı 19 nəfər xəsarət alıb. Onlardan beşi xəstəxanaya yerləşdirilib. Hadisə Reyn-Herne kanalı üzərindəki körpüdə baş verib. Qəzaya yol səthinin buz bağlaması səbəb olub.

Qəza ilə əlaqədar yol bir müddət hərəkət üçün bağlanıb.