Martın 5-də Almaniyanın Memmingen hava limanından Gürcüstanın Kutaisi şəhərinə uçan sərnişin təyyarəsi Rumıniyada məcburi eniş edib.
Buna səbəb təyyarədə olan gürcü və rusiyalı sərnişinlər arasında əlbəyaxa dava olub.
Verilən məlumata görə, təyyarədə olan Rusiya vətəndaşı gənc qıza sataşıb. Gürcüstan vətəndaşı qızı müdafiə edib və mübahisə yaranıb. Sonra mübahisə əlbəyaxa davaya çevrilib. Yaranan gərginlik səbəbindən təyyarə Rumıniyada məcburi eniş edib. Rusiya vətəndaşının sərxoş vəziyyətdə olduğu bildirilir.
Vəziyyət normallaşdıqdan sonra təyyarə təyinatı üzrə uçuşu davam etdirib.