Avropa ölkələri yeraltı qaz anbarlarını 90 % doldurub

Avropa ölkələri yeraltı qaz anbarlarını 90 % doldurub

Avropa İttifaqı ölkələrinin yeraltı qaz anbarlarının doluluq səviyyəsi 90 %-ə çatıb.

Bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen özünün “X” sosial şəbəkəsindəki hesabında yazıb.

O bildirib ki, bu, planlaşdırılan vaxtdan daha tez həyata keçirilib.

U. Lyayen qeyd edib ki, bu, Avropa İttifaqı ölkələrinin qış aylarında təhlükəsizliyini təmin edəcək: “Biz birgə Rusiya qazından istifadəni unuduruq. Həmçinin, gələcək üçün daha müxtəlif enerji təchizatı mənbələri üzərində paralel iş aparırıq”.