ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Benyamin Netanyahunu tənqid edib və onun Qəzza zolağındakı münaqişəyə yanaşmasını səhv adlandırıb. "Yeni Azərbaycan" xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.
“Hesab edirəm ki, onun etdiyi səhvdir. Mən onun yanaşması ilə razı deyiləm”, - Amerika lideri bildirib. O, İsraili atəşkəslə razılaşmağa çağırıb və əlavə edib ki, humanitar yardımdan imtina üçün heç bir əsas yoxdur.
Qeyd olunur ki, Baydenin sözlərinə görə, İsrail tərəfi növbəti altı-səkkiz həftə ərzində ölkəyə daxil olan bütün ərzaq və dərmanlara tam çıxışı təmin etməlidir.
Havar Şəfiyeva