ABŞ prezidenti Co Bayden Vladimir Zelenski ilə telefon danışığı zamanı Ukraynaya yeni hərbi yardım paketinin göndərildiyini açıqlayıb. "Yeni Azərbaycan" xəbər verir ki, bu barədə Ağ Evin rəsmi saytı məlumat yayıb.
Bayden bildirib ki, ABŞ Ukraynanın mühüm infrastrukturunun mühafizəsini təmin etmək üçün Kiyevə hava hücumundan müdafiə raketlərini ötürmək niyyətindədir. Həmçinin, Ukrayna Silahlı Qüvvələri sursat və mobil raket buraxılış qurğuları alacaq.
“ABŞ prezidenti bildirib ki, hava hücumundan müdafiə raketləri, pilotsuz uçuş aparatları və tank əleyhinə raketlər, eləcə də cəbhə xəttində əsgərləri qorumaq üçün döyüş sursatları Kiyevə təhvil veriləcək”, - deyə məlumatda bildirilir.
Havar Şəfiyeva