Blinken səkkizinci dəfə Yaxın Şərqə səfər edib

Blinken səkkizinci dəfə Yaxın Şərqə səfər edib

ABŞ-nin dövlət katibi Antoni Blinken Prezident Abd əl-Fəttah Sisi ilə görüşmək üçün Misirdə səfərdədir.

Məlumatı "AP" yayıb.

Bildirilib ki, tərəflər arasında danışıqların əsas mövzusu İsraillə HƏMAS arasında razılığın əldə olunmasına vasitəçilik səylərinin göstərilməsidir.

Məlumata görə, dövlət katibi Misirdən sonra İsrail, İordaniya və Qətərə səfər edəcək.