BMT Ukrayna ilə bağlı Təhlükəsizlik Şurasının iclasını keçirməyi planlaşdırır

BMT Ukrayna ilə bağlı Təhlükəsizlik Şurasının iclasını keçirməyi planlaşdırır

BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclasının sentyabrda BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi çərçivəsində keçirilməsi planlaşdırılır. 

Bu barədə jurnalistlərə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild məlumat verib.

Xatırladaq ki, BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi 19-25 sentyabrı əhatə edir.