Boliviyanın Oruro və Potosi departamentlərini birləşdirən magistral yolda mikroavtobusla traktorun toqquşması nəticəsində 14 nəfər həyatını itirib.
Sinxua agentliyi xəbər verir ki, ilkin ehtimala görə, qəzaya Potosidən duz daşıyan traktor sürücüsünün idarəetməni itirməsi səbəb olub.
Hadisə nəticəsində daha iki sərnişinin ağır yaralandığı bildirilir. Qəza ilə bağlı araşdırma aparılır.