Böyük Britaniyada baş verən iğtişaşlar ölkə əhalisinin miqrasiya əleyhinə əhval-ruhiyyəsini gücləndirib. "Yeni Azərbaycan" xəbər verir ki, bu barədə “The New York Times” "YouGov" sorğusuna istinadən məlumat yayıb.
“Respondentlərin üçdə ikisi son illərin miqrasiya siyasətinin “iğtişaşlara qismən cavabdeh olduğunu bildirib”, – deyə qəzet yazır.
Sorğu həmçinin göstərir ki, heç bir etiraz aksiyası Britaniya ictimaiyyəti tərəfindən dəstəklənmir. Respondentlərin 85 faizi iğtişaşlara, eləcə də onlar zamanı zorakılığa qarşı çıxıb.
Havar Şəfiyeva