Böyük Britaniyanın Müdafiə Nazirliyi Ukraynaya minlərlə hava hücumundan müdafiə raketi tədarük edəcəyinə söz verib.
"Yeni Azərbaycan" xəbər verir ki, bunu “Politico” nəşrinə müsahibəsində Böyük Britaniyanın müdafiə naziri Con Hili deyib.
Healy hava hücumundan müdafiəni dəstəkləmək üçün Ukraynaya 650 çoxməqsədli Martlet raketinin çatdırılması ilə bağlı xəbərləri şərh edib. 2025-ci ildə Müdafiə Nazirliyi oxşar raketlərin Kiyevə tədarükü üçün daha böyük sifariş gözləyir.
Britaniya rəsmiləri nəşrə Ukrayna Silahlı Qüvvələrinin əsgərləri üçün “İnterflex” əməliyyatının təlim proqramının davam etdirilməsi barədə də məlumat veriblər. Məlumata görə, indiyədək 45 min Ukrayna hərbçisi təlim proqramından keçib.
Havar Şəfiyeva