Çexiyanın Padrubitse şəhəri yaxınlığında yük və sərnişin qatarları toqquşub.
"Yeni Azərbaycan" xəbər verir ki, bu barədə ölkə polisi "X" sosial şəbəkəsində məlumat yayıb.
Hadisə nəticəsində 4 nəfər ölüb, onlarla insan xəsarət alıb. Hadisə yerinə çox sayda xilasedici və texnika cəlb olunub. Onlar dəmir yolunda hərəkəti bərpa etməyə çalışırlar.
Havar Şəfiyeva