Çin Sakit okeanı sülh və dostluq okeanına çevirməyə hazırdır

Çin Sakit okeanı sülh və dostluq okeanına çevirməyə hazırdır

Çin Xalq Respublikasının Sədri Si Cinpin Sakit okeanı sülh və dostluq okeanına çevirməyə hazır olduğunu açıqlayıb. "Yeni Azərbaycan" RİA Novostiyə istinadən  xəbər verir ki, bu barədə o, Ficinin baş naziri Sitiveni Rabuka ilə görüşdə bildirib.

"Çin Fici və digər Sakit okean ada ölkələrinə iqlim dəyişikliyi ilə mübarizədə, inkişaf üçün əməkdaşlığı gücləndirməkdə və Sakit okeanı sülh, dostluq və əməkdaşlıq okeanına çevirməkdə yardım etməyə hazırdır", - deyə Çin lideri bildirib.

O əlavə edib ki, Çin ada dövlətinin inkişafına daha da kömək etmək niyyətindədir.


Havar Şəfiyeva