Çin Ukrayna münaqişəsinin genişlənməsini dayandırmağa çağırıb

Çin Ukrayna münaqişəsinin genişlənməsini dayandırmağa çağırıb

Çinin Moskvadakı səfiri Zhang Hanhui deyib ki, Ukrayna münaqişəsinin nəzarətdən çıxmasının qarşısı alınmalıdır. "Yeni Azərbaycan" xəbər verir ki, o, bu barədə RİA Novosti ilə söhbətində danışıb.

Diplomat xatırladıb ki, Ukraynada böhranın kəskinləşməsinin başlanmasından iki ildən çox vaxt keçib. Onun fikrincə, hərbi əməliyyatlar uzanır, ona görə də əsas məsələ sülhü bərpa etməkdir. Hanhui vurğulayıb ki, Çin sülh təşəbbüsləri təklif edərkən böhranla bağlı obyektiv və qərəzsiz mövqe nümayiş etdirir.

Havar Şəfiyeva