Çində ruhi xəstə bıçaqla 8 nəfəri öldürüb

Çində ruhi xəstə bıçaqla 8 nəfəri öldürüb

Çinin Hubey vilayətində ruhi xəstə olan kişi bıçaqla 8 nəfəri qətlə yetirib, bir nəfəri yaralayıb.

Hadisə Siaoqon şəhərinin Siaou qəsəbəsində baş verib. Xəsarət alan şəxsin yarası həyatı təhlükəli deyil. 

Polis hadisəni törədən 53 yaşlı kişini saxlayıb, təhqiqat aparılır. Onun tibb ekspertizaya göndəriləcəyi gözlənilir.