Hindistanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 73-ə çatıb

Hindistanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 73-ə çatıb

Hindistanın Kerala ştatında torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 73-ə çatıb.

yeniazerbaycan.com əbər verir ki, bu barədə Hindistan mediası məlumat yayıb. Bildirilib ki, Vayanadda axtarış-xilasetmə işlərini Hindistanın Milli Fəlakətlərin İdarə Edilməsi Qüvvələrinin nümayəndələri, yanğınsöndürənlər və polis əməkdaşları həyata keçirirlər.

Ümumilikdə 100-ə yaxın insan xilas edilib.

Torpaq sürüşməsi Kerala əyalətinin şimal-şərqindəki dağlıq ərazilərdə baş verib. Yüzlərlə insanın dağıntılar altında qaldığı ehtimal olunur. Bu səbəbdən ölən və yaralananların sayının arta biləcəyi istisna edilmir.

Havar Şəfiyeva