İspaniyanın Mayorka adasında binanın çökməsi nəticəsində azı dörd nəfər ölüb, 16 nəfər yaralanıb. Bu barədə İspaniya ictimai televiziyası məlumat yayıb.
Təhlükəsizlik qüvvələrinin məlumatına görə, hadisə məşhur Playa de Palma kurortunda baş verib. Qəza yerinə dərhal polis, yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları gəlib. Ondan çox təcili yardım maşını səfərbər edilib.
İspaniyanın Baş naziri Pedro Sançes öz sosial media hesabında "dəhşətli” qəzanı “yaxından izlədiyini" qeyd edib.
Hadisənin səbəbləri araşdırılır.