Litva Xarici İşlər Nazirliyi NATO sammitindən məyus olub

Litva Xarici İşlər Nazirliyi NATO sammitindən məyus olub

Litvanın xarici işlər naziri Qabrielius Landsberqis NATO-nun başa çatmış sammitindən məyus olduğunu bildirib.  "Yeni Azərbaycan" xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkə hesabında məlumat verib.

Siyasətçi qeyd edib ki, sammitdə hər hansı böyük strateji sıçrayış baş vermədi. Landsbergis əlavə edib ki, müttəfiqlər Rusiya və Ukrayna arasında qarşıdurmanın qlobal statusunu inkar etməkdə davam edirlər. 
Eyni zamanda Litvanın xarici işlər naziri sammitdən siyasi gözləntilərin aşağı olduğunu da vurğulayıb. 

Havar Şəfiyeva