Liviya sahillərində 973 miqrant saxlanılıb

Liviya sahillərində 973 miqrant saxlanılıb

Son bir həftə ərzində 973 miqrant Liviya sahillərində saxlanılaraq geri qaytarılıb.

Bununla bağlı Beynəlxalq Miqrasiya Təşkilatı bəyanat yayıb.

Məlumata görə, Liviya sahillərində 12 miqrantın cəsədləri çıxarılıb. Bu il ərzində orada ümumilikdə 8754 miqrant yaxalanıb, 332 nəfər ölüb, 528 nəfər isə itkin düşüb.