Cənubi Afrikanın Yohannesburq yaxınlığında Merafonq ərazisində mikroavtobusun başqa bir avtomobillə toqquşması nəticəsində 13 nəfər ölüb.
AZƏRTAC “Barrons” saytına istinadla xəbər verir ki, ölənlərin 12-si şagird olub. Yohannesburqun Gautenq əyalətinin rəsmiləri mikroavtobusun sürücüsünün də həlak olduğunu, daha yeddi məktəblinin yaralandığını bildirib.
Yaralılar xilasetmə nümayəndələri tərəfindən dərhal xəstəxanaya çatdırılıb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.