Misirdə beşmərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı 12-yə çatıb.
Bu barədə Misirin "Sada El-Balad" telekanalı təhlükəsizlik xidmətindəki mənbəyə istinadən məlumat yayıb.
Dağıntılar altından üç uşağın meyiti çıxarılıb. Daha əvvəl 9 nəfərin öldüyü bildirilirdi.
Qeyd edək ki, hadisə paytaxtın şimal hissəsində yerləşən Hadaiq əl-Kobba bölgəsində baş verib. İlkin araşdırma göstərib ki, qəzaya səbəb evin birinci mərtəbəsindəki yükdaşıyıcı divarlardan birinin uçması olub.