NATO-nun Kosovodakı qüvvələrinə rəhbərlik Türkiyəyə keçib

NATO-nun Kosovodakı qüvvələrinə rəhbərlik Türkiyəyə keçib

Ötən il oktyabrın 10-da KFOR-a rəhbərliyi Macarıstandan təhvil alan İtaliyanın komandanlıq müddəti başa çatıb. Türkiyə sülhməramlı qüvvələrin komandanlığını oktyabrın 10-da İtaliyadan təhvil alıb.

Türkiyə 1999-cu ildən bu vaxtadək Kosovoda xidmət aparan KFOR-a ilk dəfə rəhbərlik edəcək. KFOR-un komandiri vəzifəsinin icrası general-mayor Özkan Ulutaşa həvalə olunub.

1999-cu il iyunun 12-də Kosovoda fəaliyyətə başlayan sülhməramlı qüvvələrin şəxsi heyətində ümumilikdə 27 ölkədən 4500-dən çox hərbi personal var. Türkiyə hərbçilərin sayına görə ikinci yerdədir. Türkiyə tərəfi KFOR-u Balkan regionunda sülh və sabitliyin təmin olunmasında ən mühüm missiyalardan biri kimi qiymətləndirir.