NATO Köln yaxınlığındakı aviabazanın sudan zəhərlənmə səbəbilə möhürləndiyi barədə məlumatı təkzib edib. "Yeni Azərbaycan" xəbər verir ki, bu barədə “Reuters” - məlumat yayıb.
Baza heç bir halda möhürlənməyib. Biz suyu yoxlamışıq, o, yaxşıdır və bazaya giriş mümkündür”, - NATO sözçüsü bildirib.
Onun sözlərinə görə, hərbi hava bazasında təhlükəsizlik səviyyəsi yalnız artırılıb, kazarmalar isə möhürlənməyib.
Xatırladaq ki, bundan əvvəl “Der Spiegel” qəzeti Almaniya hüquq-mühafizə orqanlarının mümkün təxribat səbəbindən Köln yaxınlığındakı Bundesver kazarmalarını möhürlədiyini yazıb. Nəşrin məlumatına görə, hücumçular bazaya daxil olaraq krandan gələn suyu zəhərləyiblər.
Havar Şəfiyeva