Omanın paytaxtı Muskatda məscidin yaxınlığında baş verən atışma nəticəsində 4 nəfər ölüb, çoxlu sayda insan yaralanıb. Bu barədə ölkənin DİN-i məlumat yayıb.
Məlumatda qeyd olunub ki, Oman polisi Əl-Vadi Əl-Kəbir bölgəsindəki məscidin yaxınlığında baş verən atışmaya dərhal reaksiya verib və vəziyyəti sabitləşdirə bilib.