Pakistanda partlayış nəticəsində azı 5 polis əməkdaşı ölüb

Pakistanda partlayış nəticəsində azı 5 polis əməkdaşı ölüb

Pakistanın şimal-qərbində, Hayber Paxtunxva əyalətinin Bacaur rayonunda baş verən partlayış nəticəsində azı 5 polis əməkdaşı ölüb, 10-u yaralanıb. 

Bu barədə “Daily Pakistan” qəzeti xilasedicilərə və polis orqanlarına istinadla məlumat yayıb.

İlkin məlumata görə, polis avtomobili partlayıb. Ölənlər və yaralananlar poliomielit vaksinasiyası zamanı təhlükəsizliyin təmin edilməsinə cəlb olunan hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır.

Dawn qəzetinin məlumatına görə isə partlayışda 4 nəfər həlak olub, 20 nəfər yaralanıb.