Pakistanda sərnişin avtobusu qəzaya uğrayıb

Pakistanda sərnişin avtobusu qəzaya uğrayıb

Pakistanın cənub-qərbindəki Lasbela bölgəsində sərnişin avtobusu qəzaya uğrayıb.

Xarici  KİV xəbər verir ki, hadisə nəticəsində 17 nəfər ölüb, 41 nəfər yaralanıb.

Hadisənin səbəbi kimi avtobusun böyük çökəkliyə düşməsi göstərilir.

Yaralılar xəstəxanaya yerləşdirilib.