Pakistanda terror aktı: Ölən və yaralananlar var

Pakistanda terror aktı: Ölən və yaralananlar var

Əfqanıstanla həmsərhəd olan Hayber Paxtunxva əyalətinin şimal-qərbində yerləşən Bannu rayonunda hərbi qarnizona terror hücumu nəticəsində Pakistan ordusunun səkkiz hərbi qulluqçu həlak olub.

yeniazerbaycan.com TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Bomba yerləşdirilmiş avtomobildə kamikadze və bir qrup silahlı ekstremist, o cümlədən kamikadze hərbçilərin qaldığı əraziyə daxil olub. Partlayıcı maddə olan avtomobilin güclü partlaması kazarmaları və mülki vətəndaşların evlərini dağıdıb. Döyüşdə azı səkkiz hərbçi həlak olub, 12-si yaralanıb. Hadisə yerində antiterror əməliyyatı davam edir.

Havar