Pekin ABŞ-nin nüvə strategiya hesabatından ciddi narahatdır

Pekin ABŞ-nin nüvə strategiya hesabatından ciddi narahatdır

Çin ABŞ-nin nüvə strategiya hesabatından “ciddi narahat olduğunu” bildirib.

yeniazerbaycan.com “Reuters“ə istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyindən bildirilib.

Məlumatda bildirilir ki, Çin ABŞ-nin ölkənin nüvə silah arsenalını sürətlə genişləndirməyə yönəlmiş nüvə strategiya planını təsdiqlədiyini bildirən hesabatdan ciddi narahatdır.

“ABŞ Çin nüvə təhdidi hekayəsini yayır, strateji üstünlük əldə etmək üçün bəhanələr axtarır”, - Çin Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb.

Havar Şəfiyeva