Çin Xarici İşlər Nazirliyinin Şimali Amerika və Okeaniya Departamentinin sözçüsü bildirib ki, Pekin və Vaşinqton arasındakı münasibətlərdə fikir ayrılıqlarının hakim olmasının qarşısını almaq lazımdır. "Yeni Azərbaycan" xəbər verir ki, o, bunu ABŞ-ın dövlət katibi Antoni Blinkenin Çinə səfəri ərəfəsində keçirdiyi brifinqdə deyib.
“Çin və ABŞ arasında fikir ayrılıqları keçmişdə olub, indi də var və gələcəkdə də qala bilər, lakin onların Çin-Amerika münasibətlərində hökmranlıq etməsinə icazə vermək olmaz, bütün prosesin idarə olunmasına riayət etmək lazımdır”, - deyə diplomat bildirib.
Qeyd edək ki, bundan əvvəl Çin Xarici İşlər Nazirliyinin Şimali Amerika Departamentinin nümayəndəsi Çin və ABŞ arasında münasibətlərdə əsas məsələnin adını çəkib. O qeyd edib ki, böyük dövlətlər arasında rəqabət Pekinin, Vaşinqtonun və digər ölkələrin üzləşdiyi problemlərini həll etməyəcək.
Havar Şəfiyeva