Qazaxıstanda daşqınlar fonunda 60 mindən çox insan təxliyə edilib

Qazaxıstanda daşqınlar fonunda 60 mindən çox insan təxliyə edilib

Qazaxıstan xilasediciləri ölkənin bəzi ərazilərində daşqınlar fonunda 63 mindən çox insanı təxliyə ediblər. 

Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması şöbəsinin rəhbəri Kaharman Orazalin bildirib.

O mətbuat konfransında bildirib ki, 3400-ə yaxın ev su altında qalıb. Daşqınlarla əlaqədar on rayonda fövqəladə vəziyyət elan edilib.

Havar