Qazaxıstanın Almatı şəhərində üç avtobus və bir minik avtomobili toqquşub.
Bu barədə Qazaxıstan KİV-i xəbər verir.
Məlumata görə, hadisə nəticəsində 17 nəfər yaralanıb, onlardan üçü xəstəxanaya yerləşdirilməkdən dərhal imtina edib.
Digər 14 nəfər xəstəxanaya çatdırılıb, lazımi tibbi köməklik göstərildikdən sonra 10 nəfər ambulator müalicəyə göndərilib, 3 nəfər isə xəstəxanaya yerləşdirilib.