Rusiyada yol-nəqliyyat qəzası nəticəsində 8 nəfər ölüb

Rusiyada yol-nəqliyyat qəzası nəticəsində 8 nəfər ölüb

Rusiyanın Penza vilayətində mikroavtobusun yük maşını ilə toqquşması nəticəsində 8 nəfər ölüb.
Penza vilayətindəki M-5 Ural federal avtomobil yolunun 504-cü kilometrində mikroavtobus qarşı zolağa çıxaraq, yük maşını ilə toqquşub. Nəticədə 8 nəfər ölüb, 1 nəfər yaralanıb.

Hadisə ilə bağlı cinayət işi açılıb.