Qırğızıstanın dövlət başçısı Sadır Japarov 2026-cı ildə keçiriləcək prezident seçkilərində ikinci müddətə seçilmək üçün namizədliyini irəli sürməyi planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin mətbuat katibi Askat Alaqozov sosial media hesabında məlumat yayıb.
“Ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən uzunmüddətli beynəlxalq layihələrin həyata keçirildiyini və planlaşdırıldığını nəzərə alsaq, Sadır Cəfərovun ikinci müddətə prezident seçilmək üçün seçkilərdə iştirakı ardıcıl siyasi addım olacaq”, - deyə o bildirib.
Sadır Japarov 2021-ci il yanvarın 10-da Qırğız Respublikasının Prezidenti seçilib. Ölkə Konstitusiyasına görə, dövlət başçısı 5 il müddətinə iki dəfə seçilmək hüququna malikdir.