Səudiyyə Ərəbistanı 12 ildən sonra Suriyaya səfir təyin edib

Səudiyyə Ərəbistanı 12 ildən sonra Suriyaya səfir təyin edib

Səudiyyə Ərəbistanı Krallığı 12 illik fasilədən sonra Suriyaya səfir təyin edib.

“Asharq-al-Awsat” nəşrinin xəbərinə görə, bu vəzifəyə Faysal əl-Mücfil gətirilib.

Suriyanın bu ölkədəki diplomatik nümayəndəliyi hələ 2023-cü ildən fəaliyyətə başlayıb və Dəməşq öz səfirini ötən ilin dekabrında göndərib.