"Xarici agentlər haqqında" qanunun qəbul edilməsi Gürcüstanın Aİ və NATO-ya üzv olmaq arzularını təhdid edir. "Yeni Azərbaycan" TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib.
“Gürcüstan hökumətinin bəyanatları və hərəkətləri Aİ və NATO üzvlüyünün əsasını təşkil edən demokratik dəyərlərə uyğun gəlmir və beləliklə, Gürcüstanın Avro-Atlantik inteqrasiya yolunu təhlükə altına qoyur”, - Miller bəyanatında bildirib.
Qeyd olunur ki, onun fikrincə, bu qanun layihəsinin qəbulu Gürcüstanda vətəndaş cəmiyyətini sarsıdacaq.
Havar Şəfiyeva