Almaniyada sursat utilizasiyası zavodunda partlayış baş verib, bir nəfər yaralanıb. "Yeni Azərbaycan" xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
“Şimali Reyn-Vestfaliya əyalətinin Aşağı Reynində Hynx şəhərindəki döyüş sursatlarının utilizasiyası zavodunda partlayış baş verib”, - nəşrdə deyilir.
Agentliyin məlumatına görə, partlayış nəticəsində yaranan tüstü sütunu bir çox kilometr məsafədə görünüb. Hadisə nəticəsində bir nəfərin də yaralandığı bildirilir.
Havar Şəfiyeva